Biləsuvarda yol qəzası oldu: Ölən var

Biləsuvar rayonunda ağır yol qəzası baş verib.

Hadisə köhnə Bakı-Astara magistralının rayonun Xırmandalı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan motosikletlə “Atego” markalı yük avtomobili toqquşub. Hadisə nəticəsində motosikletin sürücüsü rayon sakini, 2005-ci il təvəllüdlü Elşən Şahmarlı aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır./Report/