Bakı, 13 noyabr, AZƏRTAC Milli mətbəx xalqın mədəni dəyərlərinin və adət-ənənələrinin qorunmasında mühüm rol oynayır. Bir çox təam onilliklər, bəziləri isə əsrlərdir ki, hazırlanır. Azərbaycan mətbəxi çeşidliliyi ilə məşhurdur: müxtəlif növ kabablar, şəkərbura kimi ənənəvi şirniyyatlar nəfis kulinariya nümunələrinə daxildir. Bu yeməklər unikal reseptlərə əsasən hazırlanır və haqlı olaraq Azərbaycan xalqı üçün qürur mənbəyinə çevrilib.Bu barədə Tacikistanın Azərbaycandakı səfiri İlhom Əbdürrəhman AZƏRTAC-ın müxbirinə verdiyi müsahibədə bildirib.Onun sözlərinə görə, Tacikistan və Azərbaycan mətbəxlərinin, eləcə də Mərkəzi Asiya və Qafqaz kulinariyasının bir çox oxşarlığı var.“Tacikistanda oş-palov - tacik plovu, eləcə də xuruto və şəkərob hazırlanır. Tacikistan və Azərbaycan plovu bir çox cəhətdən oxşardır, baxmayaraq ki, Azərbaycan versiyasında yerkökündən istifadə edilmir”, - deyə o qeyd edib.Səfir vurğulayıb ki, milli mətbəx ənənələrin qorunub saxlanılmasına kömək edir. Bu məsələdə qadınlar mühüm rola malikdirlər, lakin kişilər də kulinariya irsinin qorunmasına töhfə verirlər. Müxbir – Günel Alıyeva