Bu türk ölkəsində yeni təbii qaz yatağı kəşf edildi

Qırğızıstanda yeni təbii qaz yatağı kəşf edilib.

Bu barədə “Qırğızneftqaz” şirkəti məlumat yayıb.

Məlumata görə, Mayluu-Suu rayonunda aşkar edilən yatağın gündəlik qaz ehtiyatı 40 min kubmetrdən çoxdur.

Bu, Koçkor-Atanı və ətraf kəndləri təbii qazla tam təmin etməyə imkan verəcək.