Rumıniyanın Rımniku-Vılça şəhərindəki "Chimcomplex" kimya platformasında kompressordan xlor sızması baş verib, 3 zərərçəkmiş xəstəxanaya çatdırılıb.
Bu barədə Rumıniya mediası məlumat yayıb.
Həmçinin müəssisənin ərazisindən 260 nəfəri təxliyə edilib.
Səlahiyyətli orqanlar beş kilometr radiusda potensial təhlükəli zonanın əhalisi üçün iki "RO-Alert" xəbərdarlığı göndərib. Vətəndaşlara rəsmilərin tövsiyələrinə əməl etmək və qapalı məkanlarda qalmaq tövsiyə olunur.