Sabah Azərbaycanda hava necə olacaq?Noyabrın 14-də gözlənilən hava proqnozu açıqlanıb.Bakıda və Abşeron yarımadasında hava necə olacaq?Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi əsəcək.Havanın temperaturu gecə 7-12° isti, gündüz 17-22° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-65 % olacaq.Azərbaycanın rayonlarında hava necə olacaq?Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.Havanın temperaturu gecə 4-9° isti, gündüz 17-22° isti, dağlarda 0-4°şaxta, gündüz 8-13° isti olacaq.