Müəllimlərin orta aylıq maaşı nə qədərdir?

Müəllimlərin maaşı ən çox müzakirə olunan məsələlərdəndir.

Bunu Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı elm və təhsil nazirinin müavini Kənan Kərimzadə deyib.

O qeyd edib ki, 2014-cü illə müqayisədə müəllimlərin orta aylıq maaşı 3 dəfədən çox artıb:

"2026-cı ilin sentyabrına olan məlumatlara görə, müəllimlərimizin orta aylıq maaşı 1030 manat təşkil edir”.