ABŞ millisinin baş məşqçisi Maurisio Poçettinonun “Mançester Yunayted”in başına keçəcəyi ilə bağlı iddialardan sonra ABŞ-nin yeni hədəfi müəyyənləşib.
İngiltərə klubunun Maykl Kerriki istefaya göndərməsindən sonra baş məşqçi postuna Poçettinonun gətirilməsi gözlənilir. “The Athletic” nəşrinin məlumatına görə, ABŞ millisi isə Pep Qvardiolanı millinin baş məşqçisi vəzifəsinə dəvət etmək üçün hərəkətə keçəcək.
Qeyd edək ki, İtaliya Futbol Federasiyası da daha əvvəl Öp Qvardiolanı milli komandaya gətirmək üçün onunla danışıqlar aparıb, lakin ispaniyalı mütəxəssis təklifi qəbul etməyib.
Bildirilib ki, Qvardiolanın ABŞ millisinin rəsmiləri ilə keçmişdə də görüşləri olub və o, bu ölkədə işləmək imkanına müsbət yanaşıb.