Türkiyənin Malatya vilayətində S-70 tipli hərbi helikopterin qəzaya uğraması nəticəsində 4 hərbçi həlak olub.
Bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, helikopter naməlum səbəbdən Malatyanın Yeşilyurt rayonunun Samanköy ərazisində qəzaya uğrayıb.
“Helikopterimizin qalıqları aşkar edilib, dərhal axtarış-xilasetmə işlərinə başlanılıb”, – deyə nazirliyin açıqlamasında qeyd olunub.
Hadisə yerinə çoxsaylı təcili tibbi yardım, yanğınsöndürmə və xilasetmə briqadaları cəlb edilib.
Ərazidə axtarış-xilasetmə işləri davam etdirilir. Qəzanın başvermə səbəbləri araşdırılır.