Ərdoğan və Qətər Əmiri görüşdü: Beş mühüm sənəd imzalandı

Türkiyə və Qətər arasında müxtəlif sahələrdə əməkdaşlığı nəzərdə tutan beş sənəd imzalanıb.

Bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

İmzalanan sənədlər istehlakçıların müdafiəsi, bazar nəzarəti, münaqişələrin həlli, təhsil və qarşılıqlı müdafiə sahələrində əməkdaşlığı əhatə edir. Tərəflər, həmçinin Yüksək Strateji Komitənin 12-ci iclasının birgə bəyannaməsini imzalayıblar.

Sənədlərin imzalanma mərasimi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Qətər Əmiri Şeyx Təmim bin Həməd Ali Tani arasında keçirilən görüşdən sonra baş tutub.