"Apple"ın sabiq baş direktoru Tim Kuk "Nvidia"nın rəhbəri vəzifəsində Censen Huanqı əvəz etməlidir.
Bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsində yazıb.
"İndi fantastik işlər görən Nvidia-nın baş direktoru Censen Huanq istefa verdikdən sonra onun yerini tutmağa qadir olan yalnız bir nəfər var - Apple-dan Tim Kuk. Əfsanə əfsanəni əvəz edir!" - o bildirib.
Xatırladaq ki, Censen Huanq, Çin kəşfiyyatı ilə əlaqəli olduğu ehtimal edilən şirkət əməkdaşı ilə nikahdankənar münasibətləri barədə yayılan xəbərlərdən sonra "Nvidia"nın baş direktoru vəzifəsini tərk edib.
Top-menecer və milyarder Tim Kuk 2011-ci ildən bu ilin sentyabrına qədər "Apple"a rəhbərlik edib. Hazırda 66 yaşlı Kuk şirkətin direktorlar şurasının icraçı sədri vəzifəsini tutur, baş direktor postu isə Con Ternusa keçib.