Şəki, 12 noyabr, AZƏRTAC Yeni Azərbaycan Partiyası (YAP) Qəbələ rayon təşkilatının təşəbbüsü ilə 12 Noyabr - Konstitusiya Gününə həsr olunmuş tədbir keçirilib. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Dövlət Himni səsləndirilib, müasir müstəqil Azərbaycanın qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən YAP Qəbələ rayon təşkilatının sədri Abil Ağasəfov Azərbaycan Konstitusiyasının dövlət müstəqilliyimizin, suverenliyimizin, hüquqi dövlət quruculuğunun və demokratik inkişafımızın əsasını təşkil etdiyini, müasir Azərbaycan dövlətinin qurulması və möhkəmləndirilməsində Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri olduğunu, bu gün həmin siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. ***12 Noyabr - Konstitusiya Günü münasibətilə Oğuz rayonunda təşkil edilən tədbirdən əvvəl Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Tədbirdə çıxış edən Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov Azərbaycan Konstitusiyasının qəbul tarixindən, dövlətçiliyimizin möhkəmləndirilməsində və ölkəmizin inkişafında mühüm rolundan danışıb. Bildirilib ki, 1995-ci il noyabrın 12-də referendum yolu ilə qəbul edilən Konstitusiya demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun əsasını qoyub, vətəndaşların hüquq və azadlıqlarının təminatı üçün möhkəm hüquqi baza yaradıb.***Noyabrın 12-də Şəki Şəhər İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Şəki rayon təşkilatı və Şəki şəhər Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə 12 Noyabr - Konstitusiya Gününə həsr olunmuş tədbir keçirilib.Tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Şəki rayon təşkilatının, Şəki regional “ASAN xidmət” mərkəzinin vəzifəli şəxsləri, ziyalılar, partiya fəalları, ictimaiyyət nümayəndələri iştirak ediblər.Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin, Vətən yolunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Sonra Konstitusiya Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.Tədbirdə ölkəmizin konstitusiya quruluşunun tarixindən, müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının dövlət quruculuğundakı rolundan, hüquqi islahatların inkişafından və insan hüquqlarının qorunması sahəsindəki əhəmiyyətindən danışılıb.***Konstitusiya Günü Qax rayonunda da qeyd olunub. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül-çiçək dəstələri düzüb, xatirəsinə ehtiramlarını ifadə ediblər. Sonra YAP rayon təşkilatının inzibati binasında rayon rəhbərliyi, YAP rayon təşkilatı, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilat rəhbərləri, ziyalılar və gənclərin iştirakı ilə “Konstitusiya – müstəqil dövlətçiliyimizin hüquqi təminatı və milli suverenliyimizin təməli” mövzusunda dəyirmi masa keçirilib.Tədbirin əvvəlində Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Çıxışlarda Azərbaycan Konstitusiyasının dövlət müstəqilliyimizin möhkəmləndirilməsində, hüquqi dövlət quruculuğunun təmin edilməsində və cəmiyyət həyatının bütün sahələrində qanunun aliliyinin bərqərar olmasında müstəsna əhəmiyyət daşıdığını vurğulanıb.***Balakən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 12 Noyabr - Konstitusiyası Günü ilə əlaqədar "Konstitusiyamız dövlətçiliyimizin müqəddəs rəmzidir” mövzusunda konfrans keçirilib. Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Konfransda çıxış edən rayon icra hakimiyyətinin başçısı Natiq Ağayev Azərbaycan Konstitusiyasının yaranma tarixindən, onun dövlətimizin inkişafındakı rolundan və ölkəmizin əldə etdiyi mühüm nailiyyətlərdən danışıb. O, Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi-hüquqi islahatlardan, demokratik cəmiyyət quruculuğundan bəhs edib.