Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.
Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hal-hazırda yollardakı vəziyyət:
1. Bakı-Sumqayıt şosesi, “Xırdalan” dairəsi istiqamətində;
2. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;
3. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində;
4. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
5. Əbdülvahab Salamzadə küçəsi, “Qələbə” dairəsi istiqamətində;
6. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;
7. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;
8. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
9. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;
10. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;
11. Atatürk prospekti, Ziya Bünyadov prospekti istiqamətində;
12. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən Zığ şosesi istiqamətində;
13. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
14. Dənizkənarı küçəsi, Bayraq Meydanının qarşısından “Azneft” dairəsi istiqamətində;
15. Koroğlu Rəhimov küçəsi, Ak. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;
16. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;
17. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən “Dədə Qorqud” parkı istiqamətində sıxlıq müşahidə olunur.