Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidentinin xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşnerdən Əbu-Dabidə (BƏƏ) keçirilən danışıqların yekunlarına əsasən gələcək təmasların perspektivlərini qiymətləndirməyi xahiş edib.
Rusiya mediasına istinadən, bu barədə Putin Moskvada ABŞ Prezidentinin xüsusi elçiləri ilə görüşü zamanı bildirib.
Onun sözlərinə görə, Avropa ölkələri bilirlər ki, xarici kontingentlərin Ukraynada yerləşdirilməsi Rusiya üçün qəbuledilməzdir.