2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycanda səlahiyyətli banklar tərəfindən istehlakçılara malların alınması və bir sıra xidmətlərin göstərilməsi zamanı ödənilmiş 175 milyon 266,5 min manat ƏDV geri qaytarılıb.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatında bildirilir ki, ƏDV-nin geri qaytarılması neft-qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla, pərakəndə ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərdən alınan mallara şamil olunub.
Bundan əlavə, ƏDV-nin geri qaytarılması mədəniyyət müəssisələrinə və tədbirlərinə giriş, tibbi xidmətlər, eləcə də işğaldan azad edilmiş ərazilərdə yerləşən hotellərdə yerləşmə və gecələmə xidmətləri üzrə ödənilmiş vergini əhatə edib.
Bununla yanaşı, 2026-cı ilin yanvar-oktyabr aylarında "Tax Free" sistemi çərçivəsində Azərbaycanda şəxsi istehlak məqsədilə alınmış mallara görə xarici vətəndaşlara dövlət büdcəsindən 8 milyon 271,2 min manat ƏDV geri qaytarılıb.