Lənkəranda 7-si uşaq olmaqla 9 nəfər qidadan zəhərlənib (YENİLƏNİB)

Lənkəran rayonunda qeydə alınan zəhərlənmə faktı ilə bağlı araşdırmalara başlanılıb.

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, ilkin araşdırma zamanı rayonun Osaküçə kənd sakinləri olan ailə üzvlərinin evdə hazırladıqları plov və konservləşdirilmiş pomidoru istehlak etdikdən sonra özlərini narahat hiss etdikləri məlum olub.

Hazırda Agentliyin əməkdaşları tərəfindən müvafiq araşdırma və tədbirlər davam etdirilir.

AQTA vətəndaşlara məişət şəraitində hazırlanan qidaların saxlanma şəraitinə, temperatur rejiminə, gigiyena və düzgün daşınma qaydalarına ciddi riayət etməyi tövsiyə edib.