Makronun yanında əsgər huşunu itirərək yerə yıxıldı - VİDEO

Yelisey sarayının fəxri qarovul dəstəsinin üzvü Fransa Prezidenti Emmanuel Makronun qarısında huşunu itirərək yerə yıxılıb.

Hadisə noyabrın 11-də Slovakiya Prezidenti Peter Pelleqrininin Fransaya səfəri zamanı baş verib.

Məlumata görə, əsgərlərdən biri əvvəlcə müvazinətini itirərək əlindəki qılıncı yerə salıb, daha sonra özü də yerə yıxılıb.

Nəşrin ehtimalına görə, hərbçi huşunu itirib.

Makron və yaxınlıqda olan bir neçə nəfər dərhal əsgərə kömək etmək üçün ona tərəf qaçıblar.