ABŞ dollarının möhkəmlənməsi fonunda misin qiyməti ucuzlaşıb.
Mis fyuçerslərinin qiyməti bir funt üçün 6,20 dollara doğru geriləyərək son dörd ayın minimum səviyyəsinə yaxınlaşıb.
Buna ABŞ dollarının möhkəmlənməsi səbəb olub. Belə ki, gözləniləndən yüksək inflyasiya göstəricilərinin açıqlanmasından sonra ABŞ Federal Ehtiyat Sisteminin (FES) faiz dərəcələrini daha aqressiv şəkildə artıracağına dair gözləntilər güclənib.
FES rəsmilərinin getdikcə daha sərt pul siyasətinə işarə edən açıqlamaları da dolları dəstəkləyib. Bu da dollarla ifadə olunan əmtəələrin qiymətinə əlavə təzyiq göstərib.
Londonun Metal Birjasının (LME) anbarlarında mis ehtiyatlarının artması da qiymətlərin dəyişməsində rol oynayıb. Noyabrın ortalarına doğru ehtiyatlar təxminən 320 min tona çatıb. Avqustda bu göstərici 205 min tona bərabər olub.