İngiltərənin “Mançester Yunayted” klubu baş məşqçisi Maykl Kerriklə yolları ayırıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Klubun açıqlamasında qərarın səbəbi belə izah olunub:
“Komanda mövsümə uğursuz başladıqdan sonra qarşıya qoyulan məqsədlərə çatmaq üçün dəyişikliklərin zəruri olduğu qənaətinə gəldik. Maykl Kerrik “Mançester Yunayted”in əfsanəsi olub və həmişə belə qalacaq”.
Kerrikin rəhbərliyi altında “Mançester Yunayted” 32 oyun keçirib. Komanda bu görüşlərin 15-də qələbə qazanıb, 8-də heç-heçə edib, 9-da isə məğlub olub.
Xatırladaq ki, 45 yaşlı mütəxəssis 2026-cı ilin əvvəlindən komandaya rəhbərlik edirdi.
Premyer Liqada 10 turdan sonra 8 xalı olan “qırmızı şeytanlar” turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb.