2026-cı ilin yanvar-oktyabr aylarında istehlak qiymətləri 2025-ci ilin yanvar-oktyabr aylarına nisbətən 5,6% artıb.
Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, artım qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,8%, qeyri-qida məhsulları üzrə 3,7%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 5,4% olub.
Cari ilin oktyabr ayında istehlak qiymətləri sentyabr ayına nisbətən 0,3%, 2025-ci ilin oktyabr ayına nisbətən isə 5,2% artıb.