Sabah saat 10:00-da Kürdəmir Olimpiya İdman Kompleksində Aqrar Biznes Festivalı, eləcə də növbəti Toxum Sərgi-Satış Yarmarkası keçiriləcək.
Bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verilir.
Məlumata görə, festival çərçivəsində Kürdəmir Rayon İcra Hakimiyyətinin inzibati binasında "Aqrar sahədə dövlətin dəstək mexanizmləri" panel müzakirəsi təşkil olunacaq.