Bakı-Sumqayıt yolunda gecə işıqlandırmasının olmamasının hərəkət iştirakçıları üçün ciddi təhlükə yaratdığı ilə bağlı məlumat vermişdik.
Sözügedən məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Bizim.Media-nın sorğusuna cavab verilib.
MÖVZU İLƏ BAĞLI:
Cavabda bildirilib ki, Bakı–Sumqayıt avtomobil yolunun ayrı-ayrı hissələrində işıqlandırma sisteminin fəaliyyəti ilə bağlı mövcud problemlər diqqətdə saxlanılır:
“Yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə işıqlandırma sistemindəki nasazlıqların və texniki qüsurların aradan qaldırılması istiqamətində müvafiq tədbirlərin mərhələli şəkildə həyata keçirilməsi nəzərdə tutulur”, - deyə məlumatda qeyd olunub.
Surxay Atakişiyev, Bizim.Media