Gəncədə evdən iki dostun meyiti tapıldı

GƏNCƏ, 11 noyabr. TELEQRAF

Gəncədə evdən iki dostun meyiti tapılıb.

Hadisə şəhərin Dəmir Yolu Vağzalı yaxınlığında olan binalardan birində qeydə alınıb.

İlkin məlumata görə, İsgəndər Hacıyev (1972) və Tural Məmmədov (1987) həmin ünvanda kirəkeş qalırmışlar. Onların dəm qazından öldüyü bildirilir.

Hər iki şəxsin nəşi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Gəncə şəhər Şöbəsinə aparılıb.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma başlanılıb.