Bir evdən iki meyit tapıldı - Təfərrüat

Gəncə şəhərində bir evdən iki nəfərin meyitinin tapılmasının təfərrüatı məlum olub.Hadisə şəhərin Heydər Əliyev prospektində yerləşən mənzillərdən birində baş verib.Araşdırmalar zamanı meyitləri tapılan şəxslərin şəhər sakinləri - 1987-ci il təvəllüdlü Tural Məmmədov və 1972-ci il təvəllüdlü İsgəndər Hacıyev olduğu müəyyən edilib.İlkin məlumata görə, onlar mənzildə dəm qazından boğularaq ölüblər.Faktla bağlı araşdırma aparılır.Oxu.az