Antalyada Ərdoğan Paşinyanı qəbul edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ermənistanın Baş naziri Nikol Paşinyan BMT-nin İqlim Dəyişikliyi üzrə 31-ci Konfransı (COP31) çərçivəsində liderlərin sammiti zamanı Antalyada görüş keçirirlər.

"News.Am"in xəbərinə görə, bu barədə Ermənistan hökuməti başçısının mətbuat katibi Melanya Arutyunyan məlumat verib.

Görüşdə Türkiyə tərəfdən Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın da iştirak edir.

Danışıqların təfərrüatları hələlik açıqlanmayıb.