Bakıda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə oxu.az-ın qaynar xəttinə müraciət daxil olub.
Qeyd olunub ki, hadisə Yasamal rayonu ərazisində - C.Cabbarlı küçəsi ilə M.Naxçıvani küçələrinin kəsişməsində baş verib.
İlkin məlumata görə, yolayrıcının düzgün keçilməməsi səbəbindən üç avtomobil toqquşub.
Nəticədə nəqliyyat vasitələrinə ciddi ziyan dəyib. Xəsarət alanların olub-olmaması ilə bağlı hələki məlumat yoxdur.