Konqo Demokratik Respublikasında (KDR) Ebola virusuna təsdiqlənmiş yoluxma hallarının sayı 11 mini ötüb, 5 mindən çox şəxs nəfər ölüb.
"Reuters"ə istinadən, bu barədə ölkə hökumətinin açıqladığı məlumatlarda bildirilir.
Rəsmi statistikaya əsasən, KDR-də Ebola virusuna 11 042 təsdiqlənmiş yoluxma halı qeydə alınıb. Ölüm hallarının sayı 5 387-yə çatıb.
2026-cı ilin may ayında başlayan xəstəliyin yayılması ölkənin 26 əyalətindən səkkizini əhatə edib.
Miqyasına görə 2014–2016-cı illərdə Qərbi Afrikada Ebolanın yayılmasından sonra tarixdə ikinci ən böyük epidemiya olub.