Kişi voleybolçulardan ibarət "Xilasedici" komandası bu gün CEV Çempionlar Liqasının II təsnifat mərhələsində cavab oyununa çıxacaq.
Azərbaycan təmsilçisi Portuqaliyada yerli "Sportinq" klubunun qonağı olacaq.
Qarşılaşma Bakı vaxtı ilə saat 23:30-da start götürəcək.
Komandalar arasında Bakıda keçirilmiş ilk matçda rəqib 3:2 hesabı ilə qələbə qazanıb.
Xatırladaq ki, cütün qalibi III təsnifat mərhələsinə yüksələcək. Məğlub komanda isə CEV Kubokunda çıxış edəcək.