"Yuventus" "Napoli"nin futbolçusunu transfer etmək istəyir

"Yuventus" "Napoli"nin yarımmüdafiəçisi Frank Zambo Anqissanın transferini nəzərdən keçirir.

Kamerunlu futbolçu baş məşqçi Luçano Spallettinin orta xətti gücləndirmək üçün əsas namizədidir.

Spalletti daha əvvəl "Napoli"də Anqissa ilə birlikdə çalışıb və onunla A Seriyasının çempionluğunu qazanıb. Mütəxəssis hesab edir ki, futbolçu "Yuventus"un yarımmüdafiəsinə fiziki güc, keyfiyyət və balans qazandıra bilər.

Anqissanın "Napoli" ilə müqaviləsi 2027-ci ildə başa çatır. Tərəflər arasında yeni müqavilə ilə bağlı danışıqlar maaş məsələsində yaranan fikir ayrılığı səbəbindən dayanıb.

Futbolçu illik 6 milyon avro (11,42 milyon manat) maaşla dördillik müqavilə tələb edir. Klub isə ona mövsümə 4 milyon avro maaş nəzərdə tutan və uzadılma opsiyasını ehtiva edən birillik anlaşma təklif edib.

"Yuventus" yayadək gözləyərək futbolçunu azad agent kimi heyətinə qatmağa çalışa bilər.

Qeyd edək ki, Spalletti yarımmüdafiəçi ilə yanaşı, hücumçu və sol cinah oyunçusu transferini də istəyir.