Moldovanın Moskvadakı səfiri Lilian Dari çərşənbə axşamı Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin məlumatında deyilir.
Nazirlik bildirib ki, 23 oktyabrda Moldova hakimiyyəti tərəfindən ölkə ərazisində partlayıcı maddələr daşıyan pilotsuz uçuş aparatının qalıqlarının guya aşkarlanması rəsmi bəhanəsi ilə Kişinyovdakı Rusiya səfirliyinin əməkdaşının arzuolunmaz şəxs elan edilməsi ilə bağlı səfirə sərt etiraz bildirilib.
Bununla əlaqədar Rusiya tərəfi səfirə etiraz notası təqdim edib.