COP29 karbon bazarı əməkdaşlığının yeni mərhələsi üçün əsas yaradıb

Bakıda keçirilən COP29-da 6-cı Maddə üzrə əldə edilmiş irəliləyiş beynəlxalq karbon bazarı əməkdaşlığının yeni mərhələsi üçün əsas yaradıb.

Bu barədə Azərbaycan Prezientinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Türkiyənin Antalya şəhərində keçirilən COP31 çərçivəsində çıxış edərkən deyib.

"COP31-də diqqət razılaşdırılmış qaydalardan praktik icraya, etibarlı emissiya azalmalarının təmin edilməsinə, iqlim maliyyəsinin səfərbər olunmasına, ev sahibi ölkələr üçün şəffaflığın və real faydaların təmin edilməsinə yönəlməlidir", - o "X" sosial şəbəkə hesabında çıxışından sitat gətirib.

Bundan başqa, M. Babayev COP31-in ikinci günü ilə bağlı videoçarx paylaşıb.

X paylaşımıDay 2 of #COP31 in Antalya put energy and transport in focus. On Energy and Transport Day, we joined partners to discuss how to deliver on the COP29 Global Energy Storage and Grids Pledge and advance cleaner transport. #COP29 #EnergyTransition #CleanTransport https://t.co/4YFdQIm2EXx.com/Mukhtar_Babayev/status/2120227041916399742