Antalya, 10 noyabr, AZƏRTAC Zəfər Günü münasibətilə Türkiyənin İstanbuldakı İbn Haldun Universitetində “Tarixi, strateji və diplomatik aspektləri ilə Qarabağ Zəfərinin altıncı ili” mövzusunda konfrans keçirilib.AZƏRTAC xəbər verir ki, tədbir KİAMP – “Karabakh is Azerbaijan” Milli Platformunun Türkiyə üzrə Baş Koordinatorluğu və “Qarabağ Azərbaycandır” Koordinasiya Dərnəyinin təşəbbüsü ilə təşkil olunub. Tədbirin rəsmi hissəsində Türkiyə Böyük Millət Məclisinin deputatı Şamil Ayrım, İbn Haldun Universitetinin rektoru professor Atilla Arkan, KİAMP-in Türkiyə üzrə baş koordinatoru Elvin Abdurahmanlı, mərkəzin rəhbəri professor Yaşar Sarı və digərləri çıxış edərək Türkiyə ilə Azərbaycan arasında qardaşlıq münasibətlərinin möhkəmliyindən bəhs edib, Qarabağ Zəfərinin geosiyasi əhəmiyyəti vurğulayıblar. Sonra Elvin Abdurahmanlının moderatorluğu ilə panel müzakirəsi keçirilib. Paneldə Eray Güçlüer və Elnara Madatovanın Qarabağ Zəfərinin hərbi, strateji, hüquqi və diplomatik nəticələri barədə məruzələri dinlənilib. Günel Karatepe AZƏRTAC-ın xüsusi müxbiri Antalya
İbn Haldun Universitetində Azərbaycanın Qarabağ Zəfərindən danışılıb
Mənbə: azertag.az/xeber/ibn_haldun_universitetinde_azerbaycanin_qarabag_zeferinden_danisilib-4503813