"Real Madrid" klubunun əsas ulduzlarından biri zədələnib.
Fransa milli komandasının düşərgəsindən narahatedici xəbər gəlib. Əsas dayaq yarımmüdafiəçilərindən biri olan Oreliyen Çuameni milli komandanın məşqində zədə səbəbindən məşqi vaxtından əvvəl tərk etmək məcburiyyətində qalıb.
26 yaşlı futbolçunun aldığı xəsarətin xarakterini və yaşıl meydanlardan nə qədər uzaq qalacağını dəqiqləşdirmək üçün dərhal tibbi testlərə və müayinələrə başlanılıb.
Milli komandanın hazırlıq prosesi zamanı narahatlıq hiss edən Çuameni risk edilmədən məşqi dayandırıb və həkim nəzarətinə götürülüb.
Həm Zinəddin Zidan, həm də "Real Madrid"in məşqçilər korpusu üçün vacib oyunçu olan ulduz yarımmüdafiəçinin zədəsinin ciddiliyi diqqətlə izlənilir./Offsideplus