Merz Ukrayna naminə Almaniyanın nüfuzuna xələl gətirməkdə ittiham olunur

Almaniya kansleri Fridrix Merts, Ukraynaya yardım lehinə çoxillik büdcə təklifini bloklamaqla Avropa Birliyini (AB) şantaj etməklə Almaniyanın beynəlxalq nüfuzuna xələl gətirir. Bu barədə sosial mediada Almaniya üçün Alternativ (AfD) parlament qrupunun sədr müavini Markus Fronmayer yazıb."İndi o, həddindən artıq irəli gedib! Fridrix Merts AB ölkələrini şantaj edir: əgər hamısı Ukraynanı dəstəkləməyə öhdəlik götürməsə, Almaniya AB büdcəsini bloklayacaq! Beləliklə, Merts artıq Ukrayna naminə Almaniyanın dünya miqyasında nüfuzuna xələl gətirir", - deyə o yazıb.Bir gün əvvəl Merts Avropa Şurasının prezidenti António Costaya məktub göndərərək, bütün AB üzvləri 2027-ci ildə və ondan sonrakı illərdə Kiyevə maliyyə dəstəyini davam etdirməyə razı olmadıqları təqdirdə, 2028-2034-cü illər üçün AB büdcəsini bloklayacağı ilə hədələyib.Slovakiyanın Baş naziri Robert Fiko Merzin təhdidini şantaj adlandırıb. O, Bratislavanın Berlinlə eyni veto hüququna malik olduğunu və suveren bir ölkə kimi öz fikri olduğunu xatırladıb.Daha əvvəl Çexiya Respublikası Ukrayna üçün zəmanətli AB kreditinə qarşı çıxmışdı.Nigar