Batut gimnastikası üzrə Azərbaycan milli komandasının üzvü Selcan Mahsudova yeni tarixə imza atdıqları üçün sevindiyini bildirib.
O bu barədə jurnalistlərə açıqlamasında deyib.
İdmançı yarışa ilboyu hazırlaşdıqlarını qeyd edib:
"Yeni tarixə imza atdığımız üçün sevinirəm. Ötən il qardaşım Maqsud Mahsudovla dünya çempionatında bürünc medal qazanmışdıq. Bu il isə nəticəmizi yaxşılaşdıraraq gümüş medal əldə etdik. Həmçinin dünyada ən çətin proqramı nümayiş etdirdik. Buna görə çox sevinirəm".
Xatırladaq ki, Azərbaycanın batut gimnastikası üzrə milli komandasının üzvləri Selcan Mahsudova və Maqsud Mahsudov Çinin Nankin şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə dünya çempionatında gümüş medal qazanıblar.