İrlandiya polisinin 5 mindən çox əməkdaşı Dublində Avropa İttifaqı (Aİ) liderlərinin qeyri-rəsmi sammiti və Avropa Siyasi İcmasının görüşü zamanı təhlükəsizliyin təmin edilməsinə cəlb olunacaq.
RTE-yə istinadən, tədbirlər noyabrın 12-13-də təxminən 50 ölkənin nümayəndələrinin iştirakı ilə keçiriləcək.
Görüşlərin keçirildiyi günlərdə Dublin küçələrində hər gün təxminən min hüquq-mühafizə orqanı əməkdaşı, o cümlədən ictimai asayişin mühafizəsi bölmələrinin 500 əməkdaşı və silahlı dəstək və çevik reaksiya qrupları da daxil olmaqla, taktiki bölmələrdən 500 silahlı polis növbə çəkəcək.
Bundan əlavə, İrlandiya polisi dronların icazəsiz və potensial təhlükəli uçuşlarının qarşısını almaq üçün pilotsuz uçuş aparatlarına qarşı müasir mübarizə sistemi alıb.
Sammitlərin keçirilməsi ilə əlaqədar noyabrın 11-i səhər saatlarından noyabrın 14-dək Dublinin hava məkanında genişmiqyaslı məhdudiyyətlər qüvvədə olacaq.