Ruslarla danışıq aparmaq çətindir - Zelenski

Ukrayna nümayəndə heyəti Əbu-Dabidə Rusiya nümayəndələri ilə danışıqlar aparmaqda çətinlik çəkir.

Bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

"Mən indicə Əbu-Dabidəki komandamızla danışdım. Ruslarla çətindir. Onlar, yumşaq desək, bizim dostlarımız deyillər", - Zelenski bildirib.

Qeyd edək ki, bu gün Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar keçirilib.