Biləsuvarda avtomobil piyadanı vurdu

Bakı–Astara magistralının Biləsuvar rayonu ərazisindən keçən hissəsində avtomobil qadını vurub.

1990-cı il təvəllüdlü, Sabirabad rayon sakini Aynur Zəbiyeva avtomobilin vurması nəticəsində ağır xəsarət alıb.

Yaralı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və təcili əməliyyat blokuna yerləşdirilib.

Hazırda onun müalicəsi reanimasiya şöbəsində davam etdirilir.

Sabutay, Bizim.Media, Cənub bürosu