Bakı, 10 noyabr, AZƏRTAC Qadın voleybolçulardan ibarət "Turan" (Tovuz) komandası Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.AZƏRTAC xəbər verir ki, Tovuz klubu III təsnifat mərhələsinin cavab oyununda Bolqarıstanın "Maritsa" kollektivi ilə üz-üzə gəlib.Tovuz Olimpiya İdman Kompleksində keçirilən görüş Azərbaycan çempionunun 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.Xatırladaq ki, ilk oyunda da "Turan" səfərdə 3:0 hesabı ilə qalib gəlmişdi.