Rubio Əbu-Dabi görüşündən danışdı: Çox iş var

Əbu-Dabidəki danışıqlar səmərəli keçib, lakin görüləsi hələ çox iş var.

Bunu ABŞ Dövlət katibi Marko Rubio deyib.

“Görüləcək çox iş var. Məsələlərin elə növbəti 24 saat ərzində həll olunması mümkün deyil”, - Rubio bildirib.

Qeyd edək ki, bu gün Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar keçirilib.