ABŞ, Ukrayna və Rusiyanın BƏƏ-dəki üçtərəfli danışıqlarının ilk gününün yekunlarına əsasən, yaxın vaxtlarda genişmiqyaslı əsir mübadiləsi barədə razılıq əldə etmək mümkün olub.
Bu barədə Ukrayna mediası bu ölkənin danışıqlar qrupuna yaxın mənbələrə istinadən məlumat yayıb.
Razılaşmanın təfərrüatları hələlik açıqlanmayıb. Rusiya və Ukrayna arasında əvvəlki hərbi əsir mübadiləsi oktyabrın 23-də baş tutub.
Qeyd edək ki, bu gün Əbu-Dabidə Rusiya, Ukrayna və ABŞ nümayəndələri arasında üçtərəfli danışıqları keçirilib. Danışıqların birinci günü 4 saatdan çox davam edib. Üçtərəfli görüşün noyabrın 11-də davam etdiriləcəyi bildirilib.