Bir müddət əvvəl Rafinyanın klubundan aldığı yeni təklifi qəbul etdiyi məlum olmuşdu. O, artıq lazımi sənədə qol çəkib.
“Barselona”nın rəsmi saytının məlumatına görə, braziliyalı hücumçunun sözləşməsinin müddəti 2030-cu ilə qədər uzadılıb. Komandada 2022-ci ildən çıxış edən 29 yaşlı futbolçu indiyədək göy-qırmızı formada 190 oyunda meydana çıxıb, 94 qol vurub.
Rafinya ötən müddətdə komanda ilə 3 dəfə İspaniya çempionu, 1 dəfə ölkə kubokunun və 3 dəfə İspaniya Superkubokunun qalibi olub.