Zelenski Putinlə Antarktidada da görüşməyə hazırdır

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya lideri Vladimir Putinlə hətta Antarktidada da görüşməyə hazırdır, lakin Moskvada deyil.

Bunu Ukraynanın BMT-dəki daimi nümayəndəsi Andrey Melnik deyib.

"Zelenski Putinlə ilk fürsətdə – dekabrda Floridada G20 sammiti çərçivəsində və ya zərurət yaranarsa, dünyanın istənilən başqa yerində, hətta Antarktidada belə görüşməyə hazırdı, amma Moskvada deyil", - o bildirib.

Diplomat Moskvanın belə bir görüş üçün məqbul yer olmadığını qeyd edib.