Ukrayna, Rusiya və ABŞ nümayəndələrinin Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə Əbu-Dabidə keçirdiyi üçtərəfli danışıqlar bu gün üçün başa çatıb.
Bu barədə "RBK-Ukrayna" Ukraynanın Xarici Kəşfiyyat Xidmətinə istinadən məlumat yayıb.
Bildirilib ki, danışıqlar noyabrın 11-də davam etdiriləcək.
***
Əbu-Dabidə Ukrayna, Rusiya və ABŞ nümayəndələrinin üçtərəfli danışıqları fasilədən sonra bərpa olunub.Bu barədə "TASS" məlumat yayıb.
Bundan əvvəl danışıqların təxminən bir saat yarım davam etdikdən sonra fasiləyə çıxarıldığı bildirilmişdi.
***
Əbu-Dabidə Ukrayna, Rusiya və ABŞ nümayəndələrinin üçtərəfli danışıqları fasiləyə dayandırılıb.
Bu barədə "İnterfaks" danışıqlar qrupundakı mənbəyə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, danışıqlar təxminən bir saat yarım davam etdikdən sonra dayandırılıb. Görüşün nə vaxt bərpa olunacağı barədə məlumat verilməyib.
***
Əbu-Dabidə Ukrayna, Rusiya və ABŞ nümayəndələrinin Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə üçtərəfli danışıqları başlayıb.Bu barədə Rusiya mediası məlumat yayıb.
Ukrayna nümayəndə heyətinə Prezident Ofisinin rəhbəri Kirill Budanov, Rusiya nümayəndə heyətinə isə Prezidentin köməkçisi Vladimir Medinski rəhbərlik edir.
Danışıqların noyabrın 11-də başa çatacağı gözlənilir.