Gürcüstanın Azərbaycandan soğan idxalına çəkdiyi xərc 2 dəfədən çox artıb

Bu ilin yanvar-sentyabr aylarında Gürcüstan Azərbaycandan 6,5 milyon ABŞ dolları dəyərində 26 min 423 ton soğan (təzə və ya soyudulmuş) idxal edib.Oxu24.com-un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2,3 dəfə, kəmiyyət olaraq 2,2 dəfə çoxdur.Beləliklə, Azərbaycan Gürcüstana soğan ixrac edən ölkələr sırasında 1-ci yerdə qərarlaşıb.Bu ilin ilk 9 ayında Gürcüstan xarici ölkələrdən 9,15 milyon ABŞ dolları dəyərində 37,1 min ton soğan alıb ki, bu da bir il əvvəlki göstəricilərdən müvafiq olaraq 5,8 % və 2,7 % çoxdur.Hesabat dövründə Gürcüstan Ermənistandan 835 min ABŞ dolları dəyərində 3 min 391 ton, Özbəkistandan 529 min ABŞ dolları dəyərində 2 min 139 ton, Rusiyadan 450 min ABŞ dolları dəyərində 1 min 801 ton, Türkiyədən 435 min ABŞ dolları dəyərində 1 min 798 ton soğan alıb.Xatırladaq ki, 2025-ci ildə Gürcüstan xaricdən 10,6 milyon ABŞ dolları dəyərində 44 min 237 ton soğan alıb ki, bunun da 4,5 milyon ABŞ dolları dəyərində 18 min 678 tonu Azərbaycanın payına düşüb.