Bərdədə 40 yaşlı kişinin meyiti tapılıb

BƏRDƏ, 10 noyabr. TELEQRAF

Bərdə rayonunda 40 yaşlı kişinin meyiti yaşadığı evdə tapılıb.

Hadisə rayonun Qarağaclı kəndində qeydə alınıb. Belə ki, 1986-cı il təvəllüdlü İlqar Muradovun meyiti aşkar edilib.

Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb edilib.

Faktla bağlı Bərdə rayon Prokurorluğunda araşdırma başlanılıb.