Kiyev, 10 noyabr, AZƏRTAC Rusiya-Ukrayna müharibəsinin tənzimlənməsinə dair Ukrayna, ABŞ və Rusiya arasında Əbu-Dabidə keçirilən danışıqların ilk mərhələsi başa çatıb. Danışıqlar sabah, noyabrın 11-də davam edəcək.AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Xarici Kəşfiyyat Xidmətinin mətbuat xidməti məlumat yayıb.Danışıqların ilk gününün nəticələri barədə heç bir məlumat verilməyib.Əbu-Dabidəki danışıqların əsas prioritetləri hərbi əməliyyatların dayandırılması, müharibədən sonrakı etibarlı təhlükəsizlik zəmanətləri, Ukraynanın iqtisadi bərpası və inkişafı, humanitar tədbirlərdir.Ukrayna nümayəndə heyətinə Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Rustem Umerov rəhbərlik edir. Emil Hüseynli AZƏRTAC-ın xüsusi müxbiri Kiyev