Ermənistanda vətəndaşlar dövlət qurumlarının, o cümlədən Daxili İşlər Nazirliyi və Yol Polisi adından göndərilən saxta mesajlarla bağlı xəbərdar edilib.
Ermənistan DİN-in Kibercinayətkarlıqla Mübarizə Polisi bu mesajların əsasən xarici telefon nömrələrindən "iMessage" vasitəsilə göndərildiyini açıqlayıb.
Bildirilib ki, saxta mesajlardakı keçidlər vasitəsilə vətəndaşların şəxsi və bank məlumatlarını ələ keçirmək, onların hesablarından pul oğurlamaq cəhdləri edilir.
Vətəndaşlara şübhəli keçidlərə daxil olmamaq, şəxsi və bank məlumatlarını paylaşmamaq, məlumatları yalnız rəsmi mənbələrdən yoxlamaq tövsiyə olunub. Bank məlumatlarını artıq təqdim edən şəxslərə isə dərhal bankları ilə əlaqə saxlamaq və polisə müraciət etmək çağırışı edilib.