Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna nümayəndə heyətləri arasında danışıqların ilk günü yekunlaşıb.
Görüş 4,5 saat davam edib.
Danışıqların nəticələri barədə hələlik əlavə məlumat verilməyib.
Əbu-Dabidə ABŞ, Ukrayna və Avropa nümayəndələri müharibədən sonra Avropanın təhlükəsizliyinə dair təminatları müzakirə ediblər.
Bunu ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff üçtərəfli danışıqlardan əvvəl keçirilən görüşün yekunları barədə açıqlamasında bildirib.
Onun sözlərinə görə, müzakirələr tərəflərin ortaq məqsədlərini və Avroatlantik məkanda təhlükəsizliyə sadiqliyini əks etdirən birgə iş formatında aparılıb.
Görüş iştirakçıları Ukrayna üçün təhlükəsizlik təminatlarının formalaşdırılmasının vacibliyini vurğulayıblar. Uitkoff qeyd edib ki, Avropa tərəfi NATO-nun kollektiv müdafiənin əsas elementi olacağını bildirib.
ABŞ nümayəndəsi təhlükəsizlik məsələləri üzrə müzakirələrin digər Avropa ölkələrinin də cəlb olunması ilə davam etdiriləcəyini əlavə edib.