Qəzzada dözülməz humanitar vəziyyət getdikcə daha da pisləşir. Güclü yağış və külək nəticəsində 70 min çadır su altında qalıb.
Bunu Britaniyanın xarici işlər naziri Ed Milibend deyib.
"Zədələnmiş binalar uçur, ölənlərin sayı isə artır. Qondarma atəşkəsin elan olunmasından bir il keçməsinə baxmayaraq, Qəzzada humanitar vəziyyət hələ də son dərəcə ağır olaraq qalır, bölgədə baş verənlər isə dərin kədər doğurur. Qəzza sakinlərinin dözülməz əzablarına son qoyulana qədər səylərimizi davam etdirəcəyik", - o bildirib.