Ermənistan bu hüququndan məhrum edilə bilər

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələr Ermənistanın təşkilatda səsvermə hüququndan məhrum edilməsi məsələsini müzakirə edəcəklər.

Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov məlumat verib.

Onun sözlərinə görə, Ermənistanın təşkilatın büdcəsinə illik üzvlük haqlarını ödəməməsi səbəbindən ölkənin KTMT qarşısında öhdəliklərini yerinə yetirməməsi məsələsi gündəmə gətirilib.

Lavrov bildirib ki, təklif olunan qərar layihəsinə əsasən, Ermənistan borcunu tam ödəyənədək təşkilatın orqanlarında kvota üzrə vəzifələrə öz vətəndaşlarını namizəd göstərmək və səsvermədə iştirak etmək hüququndan məhrum edilə bilər.

Məsələyə KTMT Kollektiv Təhlükəsizlik Şurasının iclasında baxılacaq.